0

Bakıda kondisionerlərin supermarketləri

Freedoor RM-1215 -Qızdırıcılı

Freedoor hava pərdələri RM-1215

Ölçüsü – 250 sm , genişlik – 150 sm

Növü- Qızdırıcılı

1,174 $

Marka: Freedoor

Category:

Tags: , , ,

Menecer Cavad bütün sizin suallarınıza cavab verəcək

Kondisionerlərin istənilən tiplərinin təmiri

Bizə zəng vurun
+994 55 387 89 89

Açıqlama

Hava pərdəsi 150 sm

Freedoor hava pərdələri RM-1215

Freedor hava pərdələri hər hansı bir qurğu tələb etmədən ətraf mühitin havasından istifadə edərək sürətli hava axını yaradır. Otağın və ya hər hansı bağlı bir məkanı xarici mühitin təsirindən qoruyur. Yəni xarici mühitin havasından asılı olmayaraq daxildə bir hava səddi yaradır. Üstünlük olaraq ən başlıcası quraşdırıldığı yerdən asılı olaraq insan və ya nəqliyat vasitəsinin giriş çıxışına bir maneəçilik törətmir. İstənilən yerlərdə istifadə oluna bilər. Marketlərdə, mağazalarda ən əsası xəstəxana və aptek kimi gigiyenik məkanlarda tozun xarici mühitdən içəriyə daxil olmasının qarşısın alır.

Hava pərdələrinin 2 növü vardır. Qızdırıcılı və qızdırıcısız olaraq adlandırılır. Qızdırıcı modelləri adından da bəlli olduğu kimi isti hava üfürərək həm xaricdən gələn havanın içəri daxil olmasının qarşısını almaqdadır həm də otağın istiliyinə də mümkün qədər təsir etməkdədir.

Texniki xüsusiyyətlər

  • FREEDOOR hava pərdələr
  • Fan diametri (mm) ——————- 155
  • Gərginlik (V/Hz) —————— 380/50
  • İsitmə gücü (kW) ———————- 10
  • Səs səviyyəsi (Db) ——————— 59
  • Ölçülər (d.h.u) ———— 155x254x1500
  • Çəki (kq) ——————————- 23

Digər xüsusiyyətləri

  • Estetik və erqonomik metal gövdə dizaynlı
  •  Asanlıqla çıxarıla bilən və təmizlənə bilən gövdə
  •  5000 saat xətasız işləmə
  •  2 pilləli mühərrik, aşağı və yüksək sürət
  •  Etibarlı performans
  •  Sakit işləmə
  •  Uzaqdan idarə etmə pultu
  •  İstifadə və montaj asanlığı

Xüsusi hava qanadları ilə hava axını istiqamətləndirərək, hava mübadiləsini effektiv şəkildə kəsir və enerji sərfiyyatını xeyli azaldır. Düzgün quraşdırılmış hava pərdələri ilə enerji sərfiyyatını 80%-ə qədər azaltmaq olar.

Freedoor hava pərdələri  əldə etmək üçün Kontaktlar və ya 070 3878989 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Hava pərdəsi nədir ? Nə işə yarayır ?

Hava pərdəsi qurğusu girişin yuxarı və ya yan tərəfində yerləşdirməklə, bütün qapı hissəsi yaranan hava axını ilə örtülür və xaricdən gələ biləcək isti, soyuq və ya çirkli havanın daxil olmasının qarşısını alır. Həmçinin toz, milçək, tüstü, rütubət və s. Bir növ hava ilə divar yaratmaqdadır.

Bəzi mağazalarda qapının üstünə yerləşdirilən az axınlı ventilyator və kiçik tutumlu qızdırıcıdan ibarət olan qapı qızdırıcıları yalnız həmin ərazini qızdırmağa çalışır, hava pərdəsi isə güclü cərəyanla istiliyin qaçmasının qarşısını alaraq enerjiyə qənaət edir.

Üstünlük nədir?

  •  Qapılar açıq qala bilər. Sürətli hava axınından istifadə edilərək yaradılan görünməz pərdə sayəsində insanlar, qapılar onlar tərəfindən maneəyə məruz qalmadan binaya asanlıqla daxil olub çıxa bilirlər. Bu görəd qapının açıq qalacağı yerdə hava pərdələrindən istifadə etmək tövsiyə olunur.
  • Hava axını qarşısını alaraq müştəri rahatlığı . Hava pərdələri işçilərin, müştərilərin və ziyarətçilərin çöldən gələn hava axınının qarşısını alaraq daha rahat ətraf mühit yaratmaqdadır.
  • Enerjiyə qənaət edir. Hava pərdələri  isitmə və soyutma sistemlərinin istismar xərclərinin azaldılması kömək edir. Binalarda enerji səmərəliliyi üçün istifadə olunan istilik izolyasiya sisteminə köməklik edir. Məhz bununlada  binanın istitmə və soyutma sistemləri daha az işləməsinə səbəb olur ki, bu da enerjiyə qənaətə gətirib çıxarmaqdadır.
  • Daxili havanın keyfiyyətini yaxşılaşdırır. Həşərat, polen, tüstü və toz kimi xarici amillərin daxili mühitin keyfiyyətinə təsiri minimuma endirilir. Yəni qapıdan gələn xarici təsirlərin hamısının qarşısını almaqla içəridəki havanın təmizliyinə daha keyfiyətli etmədədir.

İnsanların sağlamlığını qorumaq və ticarət mərkəzləri və mağazalar kimi insanların sıx olduğu yerlərdə rahatlığı təmin etmək üçün kondisioner və havalandırma sistemlərinin düzgün qurulması çox vacibdir. FREEDOOR hava pərdələri bu keyfiyyətli və rahat havanın davamlılığını təmin etmək üçün effektiv həllər təklif edir.

Ticarət mərkəzlərinin giriş qapıları, eləcə də mağaza və restoranların, təhsil mərkəzlərinin qapıları tez-tez istifadə olunana bütün müəssələrdə, obyektlərdə daxili və açıq hava daim qarşılıqlı əlaqədədir. Bu vəziyyət çox bahalı olan ventilyasiya sisteminin səmərəliliyini azaldır. FREEDOOR hava pərdələri effektiv pərdə üsulu sayəsində daxili mühiti təcrid etməyə və enerjiyə qənaət etməyə kömək edir. Bundan əlavə, təmiz daxili havanı tüstü, işlənmiş qazlar və həşəratlar kimi arzuolunmaz xarici amillərdən qoruyur və davamlı hava keyfiyyətini təmin edir.

Obyektlərin qapılarında hava pərdələrinin istifadəsi sayəsində işlənmiş qazların, tüstü və tozun içəri daxil olmasının qarşısı alınır.

Həmçinin obyektlərdə, mərkəzlərində siqaret çəkən yerlərin qapılarına qoyulan hava pərdələri tüstünün içəri keçməsinin qarşısını alır və müştəri məmnuniyyətini artırır. Freedoor hava pərdələri. Hava pərdəsi 150 sm

Çatdırırıq

Kondisionerləri Bakının istənilən hissəsinə PULSUZ

Quraşdırırıq

təmirə zərər vurmadan. Həmişə montajdan sonra yeri təmiz qoyuruq

İşə salırıq

sizin yeni kondisionerinizi çatdırılma günü

Yazırıq

zəmanət talonu

Təmir edirik

istənilən çətin sınıqları, hətta əgər bu zəmanət hadisəsi deyil

Söhbəti aç
Kömək etməyimi istiyirsiniz ?
Salam
Freedoor RM-1215 -Qızdırıcılı haqqında əlavə məlumat almaq istəyirsiniz ?